QKU-da “Süni İntellekt və UX/UI Dizayn: Gələcəyin Rəqəmsal Təcrübəsi” adlı seminar keçirilib
Qərbi Kaspi Universitetinin Dizayn Məktəbinin təşkilatçılığı ilə “Süni İntellekt və UX/UI Dizayn: Gələcəyin Rəqəmsal Təcrübəsi” adlı seminar keçirilib.
Tədbirdə məruzəçi qismində Vüsal Əzizov çıxış edib.
O, süni intellektin müasir dövrdə rolu, UX/UI dizayn sahəsində tətbiqi, rəqəmsal məhsulların inkişafında yaratdığı imkanlar, təhlükəsizlik prinsipləri, məlumatların qorunması və etik istifadə qaydaları, süni intellektin məqsədli və effektiv istifadəsi, layihələrdə optimal tətbiq üsulları, istifadəçi təcrübəsinin (UX) süni intellekt vasitəsilə fərdiləşdirilməsi, eləcə də gələcəyin rəqəmsal trendləri və innovativ yanaşmalar barədə geniş məlumat verib.
Seminar iştirakçılar üçün həm nəzəri, həm də praktiki baxımdan faydalı olub və tədbir çərçivəsində süni intellektin dizayn prosesinə inteqrasiyası ilə bağlı geniş fikir mübadiləsi aparılıb, tələbələr real layihələr üzərindən tətbiq imkanlarını müzakirə ediblər.