QKU-da yay imtahan sessiyası başlayıb
Qərbi Kaspi Universitetində 2025/2026-cı tədris ilinin yaz semestri üzrə yay imtahan sessiyasına start verilib.
İmtahan sessiyasının şəffaf, obyektiv və mövcud normativ-hüquqi tələblərə uyğun şəkildə təşkili məqsədilə universitet tərəfindən bütün zəruri tədbirlər görülüb.
Tələbələrin bilik və bacarıqlarının ədalətli qiymətləndirilməsini təmin etmək üçün sessiya müddətində imtahan prosesinə operativ nəzarət həyata keçirilir.
Eyni zamanda tələbə müraciətlərinin və yarana biləcək mübahisəli halların çevik şəkildə araşdırılması üçün müvafiq mexanizmlər yaradılıb.