Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • Reconstructing the Past: Journal of Historical Studies — Tarixi Elmin Gələcəyini Birlikdə Formalaşdıraq!

Reconstructing the Past: Journal of Historical Studies — Tarixi Elmin Gələcəyini Birlikdə Formalaşdıraq!

“Reconstructing the Past: Journal of Historical Studies” tarixi elmin inkişafına töhfə verən, mirasın, kimliyin və cəmiyyətin dərinliklərinə işıq tutan araşdırmaları dərc edən nüfuzlu akademik platformadır. Burada aparılan tədqiqatlar tarixi gələcək nəsillər üçün yaşadır.

Məqalə qəbulu müddəti: 24 noyabr – 30 dekabr 2025

Tarixi araşdırmaların gələcəyini bizimlə birlikdə formalaşdırın. Araşdırmalarınız miras, kimlik və cəmiyyətin daha dərindən anlaşılmasına töhfə verə bilər. Gəlin tarixi gələcək nəsillər üçün yaşadaq.

Historical Studies Journal Azərbaycan Respublikasının Ali Attestasiya Komissiyasının (AAK) təsdiq etdiyi elmi jurnallar siyahısında yer alır.

AAK məlumatı: aak.gov.az/single/426

Rəsmi sayt: jhs.wcu.edu.az

Jurnal yüksək elmi dəyərə malik orijinal araşdırmaların dərc olunduğu, beynəlxalq indekslərdə tanınan akademik nəşrdir.

Əhatə dairəsi (Scope)

Orijinal Araşdırmalar: Tarixin müxtəlif dövrləri, mövzuları və regionları üzrə fundamental tədqiqatlar.

İnterdisiplinar Yanaşma: Antropologiya, arxeologiya, sosiologiya, siyasi elmlər, mədəniyyətşünaslıq və digər sahələrlə inteqrasiya edilən araşdırmalar.

Tarixi Analiz: Elmi metodlara, tənqidi düşüncəyə və sübuta əsaslanan məqalələr.

Tarixşünaslıq: Tarix yazımı metodları, nəzəriyyələr və tarixçilərin yanaşmaları ilə bağlı müzakirələr; müqayisəli və qlobal perspektivlər.

İctimai Tarix və Yaddaş: Muzeylər, arxivlər, tarixi abidələr və rəqəmsal platformalarda tarixin təqdimatı.

Tədris və Pedaqogika: Tarix tədrisinə dair innovativ metodlar və resurslar.

Niyə məhz Reconstructing the Past: Journal of Historical Studies?

  • Tarixi keçmişin obyektiv və qərəzsiz şəkildə bərpasını təşviq edir.
  • Klassik və interdisiplinar metodlara əsaslanan araşdırmaları dəstəkləyir.
  • Siyasi təsirlərdən uzaq elmi platforma təqdim edir.
  • Açıq erişimli jurnal olaraq qlobal görünürlük təmin edir.
  • Beynəlxalq akademik bazalarda indeksləşdirildiyi üçün dərc olunan məqalələrin təsir dairəsini artırır.

Tarixi birlikdə yenidən kəşf edək!

Məqalələrinizi göndərərək elmi ictimaiyyətə öz töhfənizi verin.