"Milli inkişafın yeni mərhələsinə doğru" mövzusunda Respublika elmi konfransı
Bu günlərdə bütün Azərbaycan xalqı kimi Qərb Universiteti də xalqının, dövlətinin, yaşadığı dövrün dünya tarixində əvəzsiz xidmətləri olan H.Əliyevin 91 illik yubileyini müxtəlif tədbirlər qeyd edərək, ona olan dərin hörmət və ehtiramını, sevgi və məhəbbətini bildirir.
Qərb Universitetində AMEA ilə birgə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş "Milli inkişafın yeni mərhələsinə doğru” mövzusunda Respublika Elmi Konfransı keçirildi.
Konfransı giriş sözü ilə Qərb Universitetinin rektoru, dosent Zenfira Məmmədova açdı. O, çıxış edərək bildirdi ki, XX əsrin sonu və XXI əsrin əvvəllərində Azərbaycan xalqının və dövlətinin əldə etdiyi bütün nailiyyətlər görkəmli ictimai-siyasi xadim, dahi şəxsiyyət H.Əliyevin adı ilə bağlıdır. Məhz buna görə ulu öndər bəşər tarixində əbədi yaşayacaqdır. Daha sonra söz konfrans iştirakçılarınaverildi. AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun və A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşları və Qərb Universitetinin professor-müəllim heyəti iştirak edərək məruzə ilə çıxış etdilər.