Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  •  Qərbi Kaspi Universitetində gənc tədqiqatçıların elmi-praktik konfransı keçiriləcək

 Qərbi Kaspi Universitetində gənc tədqiqatçıların elmi-praktik konfransı keçiriləcək

Qərbi Kaspi Universitetində 2019-cu ilin aprel ayının 19-da gənc tədqiqatçıların elmi -praktik konfransı keçiriləcək.

Gənc tədqiqatçıların elmi fəaliyyətə cəlb olunmasında və əldə etdikləri elmi nəticələrin cəmiyyətə çatdırılmasında mühüm rol oynayacaq konfransda ayrı-ayrı təhsil ocaqlarının magistr, doktorant və dissertantları, elmi tədqiqat müəssisələrinin gənc tədqiqatçıları iştirak edəcək.  

Konfransda aşağıdakı istiqamətlərdə mövzular müzakirə olunacaq:

  1. Ölkənin sosial-iqtisadi inkişafında strateji yol xəritəsinin rolu
  2. Humanitar, siyasi və psixoloji elmlərin müasir problemləri

Tələb olunan normativlər:

Təqdim olunan tezislərin həcmi 2  səhifədən çox olmamalıdır.

Tezislərdə müəllifin adı, soyadı, atasının adı, təhsil aldığı müəssisənin adı, əlaqə telefonu qeyd olunmalıdır.

Məruzələrin tezisləri 01 aprel 2019-ci ilə qədər A4 (210x297 mm) formasında 1 ədəd çap olunmuş və elektron formada (diskdə)  10:00-dan 17:00-dək Universitetin  Magistratura və Doktorantura şöbəsinə təqdim olunmalı və ya magistr@wu.edu.az (doktorantura@wu.edu.az)   e-mail ünvanına göndərilməlidir. Tezislər soldan 30 mm və sağdan 10 mm, yuxarıdan və aşağıdan 20 mm, şrift 14 pt, Times New Roman, interval 1,5 normativinə uyğun olaraq təqdim olunmalıdır. Məruzələr Azərbaycan, rus, ingilis dilində ola bilər.

Mühüm aktuallıq, yenilik kəsb edən maraqlı mövzular elmi heyət tərəfindən qiymətləndiriləcək. Konfransın tezisləri kitab şəklində çap ediləcək.

Konfrans 19 aprel 2019-ci il tarixdə saat 11:00-da keçiriləcək. Qeydiyyat saat 10:00-10:45-də aparılacaq. Əlavə məlumat almaq üçün Universitetin Magistratura və Doktorantura şöbəsinə müraciət edə bilərsiniz. Əlaqə telefonu: 012 492-61-63 (daxili 17)

Konfransda iştirak etmək üçün ərizə

TƏŞKİLATI KOMİTƏNİN ÜNVANI: Azərbaycan Respublikası, Bakı şəhəri İstiqlaliyyət küçəsi 31, Qərbi Kaspi Universiteti. Telefon: 492-61-63

(əsas bina, otaq 204)