Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş Tələbə Elmi–Praktik Konfransı

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş Tələbə Elmi–Praktik Konfransı

Qərbi Kaspi Universitetində 30 aprel 2019-cu il tarixdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş XXIV Tələbə Elmi–Praktik Konfransı keçiriləcək.

Konfransda aşağıdakı istiqamətlər üzrə mövzular müzakirə olunacaq:

  1. Müstəqil Azərbaycanın hüquqi dövlət  quruculuğunda Heydər Əliyevin rolu
  2. Heydər Əliyev və Azərbaycan tarixi
  3. Azərbaycan Respublikasının  daxili siyasət kursu
  4. Müstəqil Azərbaycan Respublikasının xarici siyasət konsepsiyası
  5. Heydər Əliyev və müstəqil Azərbaycanın iqtisadi islahatları
  6. Elm, təhsil və mədəniyyətin inkişafında Heydər Əliyev faktoru
  7. Heydər Əliyev və Azərbaycan ədəbiyyatı
  8. Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz
  9. Heydər Əliyev və müstəqil Azərbaycan Respublikasının  neft strategiyası
  10. Azərbaycan - multikulturalizm modeli kimi

Tələb olunan normativlər:

Təqdim olunan tezislərin həcmi 2 səhifədən çox olmamalıdır.

Tezislərdə müəllifin adı, soyadı, atasının adı, təhsil aldığı müəssisənin adı, əlaqə telefonu qeyd olunmalıdır.

Məruzələrin tezisləri 15 aprel 2019-cu ilə qədər A4 çap vərəqində elektron formada student.conference@wu.edu.az   e-mail ünvanına göndərilməlidir.

Qərbi Kaspi Universitetinin  tələbələri tezislərini 1 ədəd çap formasını universitetin   Tələbə Elmi Cəmiyyətinə təqdim etməli və elektron formasını isə student.conference@wu.edu.az  e-mail ünvanına göndərməlidirlər. Tezislər soldan 30 mm və sağdan 10 mm, yuxarıdan və aşağıdan 20 mm, şrift 14 pt, Times New Roman, interval 1,5 normativinə uyğun olaraq təqdim olunmalıdır.Məruzələr Azərbaycan, rus, ingilis dilində ola bilər.

Mühüm aktuallıq, yenilik kəsb edən maraqlı mövzular elmi heyət tərəfindən qiymətləndiriləcək.Konfransın tezisləri kitab şəklində çap ediləcək.

 Konfrans 30 aprel 2019-cu il tarixdə saat 11:00-da keçiriləcək. Qeydiyyat saat 10:00-10:45-də aparılacaq.Əlavə məlumat almaq üçün Siyasi və İctimai elmlər məktəbinə və Universitetin Nəşriyyat - Çoxaltma Mərkəzinə (012-565-39-76)  müraciət edə bilərsiniz.