"Şərq ədəbiyyatının qərb ədəbiyyatına təsiri"mövzusunda onlayn elmi seminar keçiriləcək
Aprelin 2-də saat 11.00 da Qərbi Kaspi Universitetinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Ruhiyyə Nağıyevanın "Şərq ədəbiyyatının qərb ədəbiyyatına təsiri" mövzusunda onlayn elmi seminarı keçiriləcək.
Seminarda qonaq qismində filologiya elmləri doktoru, professor Elman Quliyev, filologiya elmləri doktoru, dosent Mərziyə Nəcəfova və Azərbaycan Xarici Dillər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Gəncə Dövlət Universitetinin müəllimləri müzakirəyə qatılacaqlar.