Universitetimizdə idman yarışları davam edir.
Qərbi Kaspi Universitetinin Tələbə Dəstək Mərkəzi və İdman klubunun birgə təşkilatçılığı ilə tələbələr arasında yoldaşlıq oyunları təşkil olunub.
Oyunların keçirilməsində əsas məqsəd tələbələrin idmana marağını artırmaq, fiziki aktivliyi təşviq etmək, komanda ruhunu gücləndirmək və tələbələr arasında dostluq münasibətlərini möhkəmləndirmək olub.
İdman meydançasında bir araya gələn tələbələr həm öz bacarıqlarını nümayiş etdirmək, həm də xoş və rəqabətədavamlı mühitdə vaxt keçirmək imkanı əldə ediblər.
Tələbələrin asudə vaxtının səmərəli təşkili,
sağlam həyat tərzinin təşviqi və universitetdaxili tələbə birliyinin gücləndirilməsi istiqamətində bu kimi təşəbbüslərin davam etdirilməsi nəzərdə tutulur.
