Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Tələbələr Xəzər dənizinin canlılarını tədqiq edirlər

Qərbi Kaspi Universitetinin Xəzər problemləri Elmi Tədqiqat İnstitutunun Elmi Tədqiqat və Ekoturizm bazasında hidrobiologiya, ixtiologiya, onurğasızlar və onurğalılar zoologiyası, balıqçılıq biotexnologiyası və s. kimi fənlərin çöl praktik məşğələləri təşkil olunur.

Universitetin Təbiət Elmləri Məktəbinin Biologiya ixtisasının tələbələri Xəzər problemləri Elmi Tədqiqat İnstitutunun Elmi Tədqiqat və Ekoturizm bazasında Xəzər dənizinin canlı aləminin tədqiqinə başlayıblar. Belə ki, tələbə-tədqiqatçılar Xəzər dənizinin ixtiyafaunası, dənizdə makrozoobentosun və planktonun tədqiqini həyata keçirirlər.