Təbiət Elmləri kafedrasının əməkdaşları beynəlxalq elmi konfransda iştirak edib
Qərbi Kaspi Universitetinin Təbiət Elmləri kafedrasının əməkdaşları “Tibbi biotexnologiya sahəsində yeniliklər” mövzusunda keçirilən beynəlxalq elmi konfransda iştirak ediblər.
İştirakçı qismində universitetin Təbiət Elmləri kafedrasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Ayaz Məmmədov, kafedranın müəllimləri Aygün Süleymanova və Nərmin Mirzəməmmədli yer alıblar.
Konfrans Səhiyyə Nazirliyinin V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu tərəfindən təşkil olunub.
Tədbir çərçivəsində tibbi biotexnologiya sahəsində aparılan müasir elmi tədqiqatlar, molekulyar diaqnostika üsulları, gen mühəndisliyi, nanotexnologiya, biotexnoloji dərman preparatlarının hazırlanması, eləcə də müasir tibbin inkişafında biotexnologiyanın rolu ilə bağlı məruzələr təqdim olunub.
İştirakçılar tibbi biotexnologiya sahəsində əldə olunan son nailiyyətlər barədə fikir mübadiləsi aparıb, gələcək elmi əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Konfrans müxtəlif ölkələrdən olan alim və mütəxəssisləri bir araya gətirərək bu sahədə yeni elmi nəticələrin və innovativ yanaşmaların müzakirəsi üçün mühüm platforma rolunu oynayıb.