Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Tədqiqatçımız nanotullatıların DNT zədələnməsinə təsirini aşkar etmişdir

Tədqiqatçımız nanotullatıların DNT zədələnməsinə təsirini aşkar etmişdir

SCOPUS - Elmmetrik bazasının indekslənən jurnalında Qərbi Kaspi Universitetinin məqaləsi dərc olunub
 
Qərbi Kaspi Universitetinin Təbiət Elmləri kafedrasının müdiri, b.ü.f.d. Ayaz Məmmədovun həmmüəllifi olduğu “Temporal and dosage impact of magnesium oxide nanoparticles on grass carp: unveiling oxidative stress, DNA damage, and antioxidant suppression” adlı məqaləsi Scopus bazasında indekslənən Q2 reytinqli Toxicology Mechanisms and Methods jurnalında dərc edilib.
Biotibb və kənd təsərrüfatında maqnezium oksid nanohissəciklərinin (MgO NPs) müxtəlif nanotexnologiyaya əsaslanan materiallarda tətbiqi mühüm əhəmiyyət qazanmışdır. Bununla belə, su ekosisteminə müxtəlif nanotullantıların buraxılması ciddi narahatlıq doğurur.
Bu tədqiqat, MgO nanohissəciklərin balıqlara toksik təsirlərini qiymətləndirmək üçün aparılmış, oksidləşdirici stress biomarkerlərinin, antioksidant fermentlərin, müxtəlif visseral orqanlarda DNT zədələnməsi müəyyən  edilmişdir. Tədqiqatın nəticəsində dozadan və zamandan asılı olaraq reaktiv oksigen növlərinin, lipidlərin peroksidləşmə məhsulunun, çoxlu visseral orqanlarda DNT zədələnməsinin və balıqların eritrositlərində mikronüvələrin əmələ gəlməsinin əhəmiyyətli dərəcədə artdığını aşkar edilmişdir.

https://www.scopus.com/record/display.uri?eid=2-s2.0-85200024977&origin=recordpage
https://www.tandfonline.com/doi/full/10.1080/15376516.2024.2382801