Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Tədris pandemiya qaydalarına uyğun olaraq təşkil edilir

Tədris pandemiya qaydalarına uyğun olaraq təşkil edilir

Qərbi Kaspi Universiteti pandemiya dövründə tədrisi Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalar əsasında təşkil edir.

Ənənəvi tədris prosesində yalnız Covid-19 pasportu olan tələbələr iştirak edir. Eyni zamanda maskadan istifadə vacib tələbdir.

Həmçinin Nazirlər Kabinetinin qərarına əsasən, ali və orta ixtisas təhsili müəssisələrində auditoriyalardan eyni vaxtda mövcud yerlərin 70 faizindən çox olmamaqla istifadə edilməsi tələbi müəyyən edilib və Qərbi Kaspi Universiteti də dərslərin təşkilində bunu nəzərə alır. Həmçinin müəllimlərin (professor-müəllim heyətinin) eyni zamanda, müəllim otağına (kafedraya) toplaşması məhdudlaşdırılıb.

Qərbi Kaspi Universiteti auditoriyalarını dərsləri həm də onlayn formada da təşkil etmək üçün uyğunlaşdırıb: 150-dək dərs otağı bunun üçün münasib vəziyyətə gətirilib, müvafiq maddi-texniki baza ilə təmin edilib, bir sıra auditoriyalarda interaktiv lövhələr quraşdırılıb.