Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • “TEKNOFEST AZƏRBAYCAN” - Qərbi Kaspi Universitetində məlumatlandırıcı seminar keçirilib

“TEKNOFEST AZƏRBAYCAN” - Qərbi Kaspi Universitetində məlumatlandırıcı seminar keçirilib

“TEKNOFEST AZƏRBAYCAN” - Qərbi Kaspi Universitetində məlumatlandırıcı seminar keçirilib

Regionun ən böyük texnologiya festivalı "Teknofest"ə ilk dəfə olaraq Azərbaycan ev sahibliyi edəcək. Bununla bağlı Qərbi Kaspi Universitetində Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndələri tərəfindən məlumatlandırıcı seminar təşkil olunub.

Seminarda məlumat verilib ki, builki festivalda 10 müsabiqə keçiriləcək:

* Robotexnika

* Yaşıl Texnologiyalar (GreenTech)

* Aqrar Texnologiyalar (AgroTech)

* Pilotsuz uçuş aparatları (PUA)

* Həvəskar peyk modeləşməsi

* Sosial Yönümlü texnologiyalar

* Smart Qarabağ Hakatonu

* Planer

* Baku Skills

* Cyber Cup

 

 Kimlər iştirak edə bilər?

* Yuxarı sinif şagirdləri;

* Tələbələr;

* Aspirantlar və universitet məzunları;

* Startaplar və sahibkarlar.

 “Teknofest” Festivalı Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və “Baykar Makina” şirkətinin texniki direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.

Festival çərçivəsində 35 kateqoriya üzrə texnologiya yarışları, TAKE OFF Startup Summiti, hava şouları, konsertlər təşkil olunur.

Ətraflı məlumat üçün universitetimizin TEXNOPARKI ilə əlaqə saxlaya bilərsiniz.

Mob: +994 55 722 21 24