Tələbə elmi tədqiqat qrupumuz coğrafi amillərin əqli inkişafa təsirini öyrəniblər
Qərbi Kaspi Universitetinin Təbiət Elmləri kafedrasının müəllimi, b.ü.f.d. Natəvan Kərəmovanın rəhbərliyilə tələbələrdən ibarət tədqiqat qrupunun müəllifi olduğu “Comparative Study of Indicators of Mental Development of Primary School Children Living in Mountainous, Foothill and Coastal Areas” adlı məqaləsi Scopus bazasında indekslənib.
Aparılan tədqiqat göstərir ki, ətraf mühit faktorları uşaqların zehni sabitliyinə, stressə qarşı müqavimətinə və həssas inkişafına əhəmiyyətli dərəcədə təsir göstərir. Dağlıq bölgələr sabit sinir sistemi və güclü uyğunlaşma bacarıqlarının inkişafı üçün daha əlverişli mühit təmin edir.
“Dağlıq, dağətəyi və sahilyanı ərazilərdə yaşayan ibtidai sinif uşaqlarının əqli inkişafının göstəricilərinin müqayisəli tədqiqi” məqaləsində 6-10 yaşlı ibtidai sinif şagirdlərinin əqli və nevropsixi inkişafına coğrafi faktorların - məsələn, relyef, iqlim və ətraf mühitin necə təsir etdiyi araşdırılmışdır.
Məqaləyə keçid:
https://www.scopus.com/record/display.uri?eid=2-s2.0-85217244497&origin=recordpage
https://www.bio-conferences.org/articles/bioconf/pdf/2025/02/bioconf_mblc2024_04015.pdf