Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Tələbələrimiz ağacəkmə aksiyası

Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması üçün dövlət səviyyəsində həyata keçirilən layihələrə birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da xüsusi diqqət yetirir. Ölkəmizdə yeni yaşıllıqların salınmasında və mövcud yaşıllıq sahələrinin qorunmasında Fondun töhfəsi olduqca böyükdür. Bu məsələdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə ekoloji durumun daha da yaxşılaşdırılması, yeni yaşıllıqların salınması məqsədilə icra olunan layihələrin də mühüm rolu var. Bu baxımdan Heydər Əliyev Fondunun “Təbiət naminə birləş, Həyat naminə birləş!” layihəsi xüsusi əhəmiyyət daşıyır

Qərbi Kaspi Universiteti Tələbə Gənclər Təşkilatı (TGT) 2019-cu il noyabrın 11-də Heydər Əliyev Fondu tərəfindən Bakının Xətai rayonunda salınan yeni “Gənclik” parkında “Təbiət naminə birləş, Həyat naminə birləş!” layihəsi çərçivəsində ağacəkmə aksiyasında iştirak edib.

Aksiya Qərbi Kaspi Universiteti Tələbə Gəcnlər Təşkilatının Könüllülərinin sosial fəallığını artırmaq, eləcə də təbiətimizin qeydinə qalmaq və cəmiyyətimiz üçün sağlam yaşamı vəd edən ekoloji mühit təmin etmək uğruna ətrafı yaşıllaşdırmaq məqsədi ilə təşkil edilib.

“Gənclik” parkında “Təbiət naminə birləş, Həyat naminə birləş!” layihəsi çərçivəsində ağacəkmə aksiyasına 60 nəfəri könüllü olmaqla, ümumilikdə 100 nəfər qatılıb. Baş tutan aksiyanın sonunda 30 min ədəd ağac əkilərək ətraf mühitin mühafizəsinə töhfə verilib.

Beləliklə, bu tədbirin həyata keçirlməsi ilə, universitetimizin könüllü tələbələrinin  sosial fəaliyyətinin artmasına nail olunub, həm də təbiətə qayğı hissinin aksiya iştirakçılarına verdiyi həvəs və məsuliyyət hissi sayəsində gələcək nəsillərə təmiz və təhlükəsiz bir mühitin irs qoyulması adına əhəmiyyətli bir addıma imza atılıb.