Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Tələbələrimiz akademik Ömər Eldarovun emalatxanasında olublar.

Qərbi Kaspi Universitetinin Dizayn məktəbinin İnteryer və Qrafik dizayn ixtisas qruplarının tələbələri "Azərbaycan incəsənəti tarixi" fənni üzrə tədris proqramına uyğun olaraq, Azərbaycanın görkəmli heykəltaraşı, akademik Ömər Həsən oğlu Eldarovun emalatxanasında olublar. Ziyarət zamanı tələbələr fənn proqramına əsasən heykəltaraşlıq əsərləri, abidələrin layihələndirilməsi və onların həyata keçirilməsi tarixçəsi, həmçinin monumental sənətin incəlikləri haqqında dərin və ətraflı məlumatlar əldə etmişlər.
​Bu cür praktiki dərslər tələbələrə nəzəri bilikləri yüksək səviyyədə mənimsəməyə, onların bədii-estetik dünyagörüşünün və yaradıcı zövqünün formalaşmasına, eləcə də gələcək peşəkar fəaliyyətlərində vizual təfəkkürün inkişafına mühüm töhfə vermişdir.

wcu wcuwcuwcuwcuwcuwcu wcuwcuwcu