Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • Tələbələrimiz “Azərbaycanda sosial sahibkarlığın cari vəziyyəti və perspektivləri” adlı sərgi-konfransda iştirak ediblər

Tələbələrimiz “Azərbaycanda sosial sahibkarlığın cari vəziyyəti və perspektivləri” adlı sərgi-konfransda iştirak ediblər

Tələbələrimiz “Azərbaycanda sosial sahibkarlığın cari vəziyyəti və perspektivləri” adlı sərgi-konfransda iştirak ediblər

“Memarlıq, İnşaat və Dizayn” İctimai Birliyinin (MİDİB təşkilatının) icra etdiyi "Dövlət, Universitet və QHT əməkdaşlığı” çərçivəsində Sosial sahibkarlığın və müəssisələrin təşkilinin gənclər arasında təbliği üzrə təşəbbüslər adlı layihənin yekun tədbiri 26 noyabr 2022-ci il tarixində Bakıda “Azərbaycanda sosial sahibkarlığın cari vəziyyəti və perspektivləri” adlı sərgi-konfransformatında təşkil olunub.

Sözügedən tədbirdə Qərbi KaspiUniversitetinin (QKU) bir qrup fəal tələbəsi (Vasif Qasımzadə, Aqil Qurbanlı, Gyuli Mekhtievi, Sevinc Suleymanova, Ruslan Quliyev, Gülnur Məmmədova, Nuran Bayramov, Ramilə Bağırova, Vasif Rəhimov, Fidan Zamanlı, Elmira Abbasova, Arifə Heybətova, Elmira Abbasova, Ramilə Bağırova, Aysel Hüseynova, Nərmin Əzimova, Günel Hüseynova, Nergiz Memmedova, Fidan Əzimova, Aysu Ahmedli, Gülər Məmmədova, Nərmin Allahverdiyeva, Məhəmməd Kələşzadə, Kənan Cəfərov, Ellada Gadirova və Nərgiz İlyasova) və Dizayn fakültəsinin müəllimi Əsli Abbasova da iştirak ediblər.

Tədbirin birinci hissəsində oktyabr-noyabr aylarında layihə çərçivəsində “Sosial sahibkarlığın və müəssisələrin təşkili” adlı təlimi keçmiş 120 nəfər gəncin öz layihələrinin və məhsullarının sərgisi ilə başlayıb, sonra isə müxtəlif mövzularda məruzəçilərin çıxışları ilə davam edib.

Layihə çərçivəsində 3 ay ərzində 3 şəhərdə (Bakı ş., Xırdalan ş. və Sumqayıt ş.) 30 nəfərlik 4 qrupdan ibarət 120 nəfər gənc üçün bir günlük "Sosial sahibkarlığın və müəssisələrin təşkili” adlı praktiki təlim təşkil olunub.

Təlimlərin sonunda hər bir tələbə fərdi və ya qrup şəklində ev tapşırığı olaraq öz sosial biznes layihələrinin üzərində çalışıb və layihənin yekun tədbiri olan “Azərbaycanda sosial sahibkarlığın cari vəziyyəti və perspektivləri” adlı sərgi-konfransda təqdim ediblər.

Tədbir müxtəlif çıxışlarla davam edib və sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.