Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Tələbələrimiz Beynəlxalq olimpiadada uğur qazanıblar

Tələbələrimiz Beynəlxalq olimpiadada uğur qazanıblar

Qərbi Kaspi Universitetinin tələbələri MDB PAA DİMBİ tərəfindən keçirilən “Dünya ölkələrinin seçki sistemləri”adlı II Beynəlxalq tələbə internet olimpiadasında uğurla çıxış ediblər.

İstehlak Məhsullarının Ekspertizası və Marketinqi ixtisasının 3-cü kurs tələbəsi Müşfiq Nəsibli olimpiadada 1-ci yerə layiq görülüb. Universitetimizin başqa bir tələbəsi - meşə materialları və ağac emalının texnologiyasi mühəndisliyi ixtisasının 3-cü kursunda təhsil alan Arzu Şükürova isə 3-cü yeri tutub.