Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Tələbələrimiz hidrobioloji tədqiqat aparıblar

Tələbələrimiz hidrobioloji tədqiqat aparıblar

Qərbi Kaspi Universitetinin Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbinin “Su bioehtiyatları və akvakultura” ixtisası üzrə təhsil alan II və III kurs tələbələri Təbiət Elmləri kafedrasının müəllimləri, biologiya üzrə fəlsəfə doktoru dosent Mahmud Hümbətov və Könül Əhmədovanın rəhbərliyi ilə universitetin Xəzər Dənizi Problemləri Elmi-Tədqiqat Mərkəzində olublar.

Burda onlar hidrobioloji materiallar toplayb, onların ilkin işlənməsi, mikroskop altında tədqiqini yerinə yetirib, hidrobiologiya, planktonologiya, dəniz florası və su heyvanlarının akvakulturası üzrə mühazirələr dinləyiblər.