Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Tələbələrimiz qaliblər sırasında

Tələbələrimiz qaliblər sırasında

Müstəqil Dövlətlər Birliyi (MDB) Parlamentlərarası Assambleyanın (PAA) Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutunun Bakı filialı (DİMBİ Bakı filialı) tərəfindən Azərbaycan Respublikasında ali təhsil müəssisələrinin tələbə-gəncləri arasında “Dünya ölkələrinin seçki sistemləri” III Beynəlxalq tələbə internet-olimpiadası keçirilib.
Olimpiadada Qərbi Kaspi Universitetinin Siyasi və İctimai Elmlər Məktəbinin Politologiya və Psixologiya ixtisasının tələbələri uğurla iştirak ediblər. Politologiya ixtisasının IV kurs tələbələri - Səfər Məmmədov I yerə və Fateh Həsənzadə isə III yerə layiq görülüblər.
Qeyd edək ki, Olimpiadanın keçirilməsinin məqsədi gənc seçicilərin hüquq mədəniyyətinin artırılması, onların demokratik seçki prosesinin əsasları ilə tanış edilməsi, səsvermə hüquqlarının həyata keçirilməsi üçün zəruri olan bilik və bacarıqların formalaşdırılmasından ibarətdir.