Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Tələbələrimiz qədim kəndin qazıntılarında iştirak edirlər

Tələbələrimiz qədim kəndin qazıntılarında iştirak edirlər

Qərbi Kaspi Universitetinin “Tarix” ixtisasının tələbələri Cəlilabad rayonunda Tarix elmləri doktoru Vəfa Mahmudovanın rəhbərliyi altında yeni başlamış arxeoloji qazıntılarda iştirak edirlər.

Yeni başlanmış qazıntı zamanı neolit dövrünə aid yaşayış məskəni aşkar edilmişdir. Arxeoloji qazıntılarda iştirak edən tələbələr “Arxeologiya” fənnindən nəzəri biliklər əldə ediblər.

Tələbələrin çöl təcrübəsində iştiraklarında əsas məqsəd əldə etdikləri nəzəri biliklərdən təcrübi olaraq istifadə etmək, qazıntılar zamanı istifadə edilən əşyalarla tanışlıq, qədim insanların istifadə etdikləri təsərrüfat əşyaları ilə, qəbir abidələri və s. ilə tanış olmaqdır.

Tələbələrin çöl təcrübəsi arxeoloji qaznıtı bitənə qədər davam edəcək.