Tələbələrimizə təhsil krediti barədə məlumat verilib
Təhsil Tələbə Krediti Fondunun nümayəndələri Qərbi Kaspi Universitetində tələbələrlə görüşüb.
Məlumat verilib ki, tələbələr növbəti tədris ilindən etibarən tələbə krediti ala biləcəklər.
Kreditlər veriləndə ilkin mərhələdə giriş balları nəzərə alınacaq. Yüksək nəticə göstərilməsi ilk şərt olacaq. Bu kredit kommersiya məqsədi daşımır. Hər hansı səbəbdən götürülən kredit geri qaytarıla bilmədikdə tələbəyə möhlət hüququ veriləcək.
Qeyd edilib ki, kredit öz hesabına təhsil alan tələbələrə şamil olunacaq. Tələbə təhsil kreditini 20 il müddətinə qaytara biləcək. Yəni, tələbə ali təhsil müəssisəsini bitirdikdən sonra 20 il ərzində həmin krediti hissə-hissə Fonda qaytara biləcək.
Daha sonra mütəxəssislər tələbələri maraqlandıran sualları cavablandırıblar.