Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Tələbəmiz Azərbaycan turizminin inkişaf imkanlarını tədqiq etmişdir

Tələbəmiz Azərbaycan turizminin inkişaf imkanlarını tədqiq etmişdir

Qərbi Kaspi Universitetinin tələbəsi Turan Cabarovanın müəllifi olduğu “The Role of Mountain Culture in the Development of Tourism: The Example of Azerbaijan” adlı məqalə Scopus bazasında indekslənmişdir.

Müəllif, tədqiqatında, Azərbaycan nümunəsində dağ mədəniyyətinin turizmin inkişafındakı rolunu araşdırmış, informasiya texnologiyalarındakı inkişafların turizm sektorunda yeniliklərə səbəb olduğunu göstərmişdir. Eyni zamanda, məlumatın daha sürətli yayılmasının və sosial mediada daha əlçatan reklam imkanlarının turizmin inkişafına töhfə verdiyini vurğulamışdır. Bundan əlavə, Azərbaycan turizmini daha da təşviq etmək üçün dağ mədəniyyəti sahəsində elmi araşdırma və inkişaf imkanlarını müəyyən etmişdir. Xüsusilə, Azərbaycanın şimalında yerləşən Şahdağ qış turizmi inkişaf modeli çərçivəsində dağ mədəniyyətinin potensialını qiymətləndirmişdir.

Məqaləyə keçid: 

https://www.bio-conferences.org/articles/bioconf/abs/2025/02/bioconf_mblc2024_03016/bioconf_mblc2024_03016.html

https://www.scopus.com/authid/detail.uri?authorId=59547944000&origin=recordpage