Tələbəmiz BMT-nin simulyasiya panelini təşkil edib
BƏƏ-nin Dubai şəhərində BMT-nin "Best Diplomats" Simulyasiya Konfransı keçirilib. Universitetimizin Filologiya və Tərcümə Məktəbinin tələbəsi Nəsibə Mehdiyeva konfransda iştirak edib və organizasiya prezidenti olaraq
75-dən artıq olkədən 180-dən çox iştirakçının qatıldığı konfransın simulyasiya panelini təşkil edib. Konfransda Azərbaycandan da nümayəndələr iştirak edib.
Beynəlxalq konfrans Rusiya-Ukrayna müharibəsinə həsr olunub.
Qeyd edək ki, "Best Diplomats" United Nations Simulation Konfransı Gənc Liderlər və Dəyişiklik üçün platforma rolunu oynayır və iştirakçılar arasında fikir mübadiləsi aparmaq və ən çətin qlobal problemləri həlli yollarını axtarmaq məqsədi daşıyır.