Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Tələbəmizin təmsil olunduğu komanda “Hackathon 2022”nin finalında

Tələbəmizin təmsil olunduğu komanda “Hackathon 2022”nin finalında

35 komandanın iştirak etdiyi proqramlaşdırma müsabiqəsində - “Azercell Hackathon 2022” yarışında Qərbi Kaspi Universitetinin Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Fakültəsinin tələbəsi Aqil Ağamirzəyevin iştirak etdiyi komanda finala vəsiqə qazanıb və yekunda ən yaxşı 10 komandadan biri kimi mükafatlandırılıb.

Qeyd edək ki, “Hackathon” proqramçıların komanda şəklində birləşərək 24-72 saat davam edən müddətdə onlara verilmiş texniki tapşırığa uyğun müəyyən texnoloji həllin təqdim etdikləri tədbirlər silsiləsidir. “Hackathon” dünyanın nəhəng İT şirkətləri - “Google”, “Netflix”, “Facebook”, “HPE” və “Microsoft” kimi korporasiyalar tərəfindən tez-tez təşkil olunur.