Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə kampaniyası
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Qala-Türkan magistral avtomobil yolunun ətrafında salınan yaşıllıq sahəsində ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə kampaniyasında iştirak ediblər.
Aksiyada Qərb Universitetinin professor-müəllim heyəti, tələbələri də iştirak ediblər. Dövlətimizin başçısı və birinci xanım Mehriban Əliyeva tələbələrlə şəkillər çəkdiriblər.





