Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

“Turizm logistikası” adlı dərs vəsaiti çap olunub

Qərbi Kaspi Universitetinin İqtisadiyyat və Biznes Məktəbi tərəfindən hazırlanan “Turizm logistikası” adlı dərs vəsaiti işıq üzü görüb.

Bu sahə ilə bağlı Azərbaycan dilində ilk dəfədir ki, çap olunan dərs vəsaitində müəlliflər tərəfindən turizmdə logistik yanaşmanın təkmilləşdirmə yolları , respublikamızda logistik fəaliyyətin inkişaf imkanları və s. bu kimi problemlər müfəssəl izah edilmişdir.
Dərs vəsaiti ali və orta-ixtisas təhsil müəssisələrində “Turizm və otelçilik”,“Nəqliyyat servisi” , “Qida mühəndisliyi” , “Turizm və mədəni servis” , “Beynəlxalq turizm və ölkəşünaslıq” ixtsasları üzrə təhsil alan tələbələr, turizm və xidmət sahəsində çalışan mütəxəssislər üçün nəzərdə tutulmuşdur.

Vəsaitin müəllifləri Qərbi Kaspi Universitetinin İqtisadiyyat və Biznes Məktəbinin müəllimləri - iqtisadiyyat üzrə fəlsəfə doktoru, professor Pərviz Qurbanov, iqtisadiyyat üzrə fəlsəfə doktoru Firuz Qurbanov və Turanə Quliyevadır.