Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Dayanıqlı inkişafın formalaşmasında dayanıqlı istehlakın rolu

Dayanıqlı inkişafın formalaşmasında dayanıqlı istehlakın rolu

Qərbi Kaspi Universitetində Beynəlxalq Yaz mühazirələri çərçivəsində Dayanıqlı inkişafın formalaşmasında dayanıqlı istehlakın rolu mövzusunda polşalı mütəxəssis Dr.Agnieszka Szulc-Obłoza çıxış edəcək.

Tarix: 20-24 Aprel

Dr.Agnieszka Szulc-Obłoza Polşanın Torun şəhərində yerləşən Nikolay Kopernik Universitetinin İqtisadi Elmlər və Menecment fakültəsində dosentdir.

Onun elmi tədqiqat sahələrinə əmək bazarı iqtisadiyyatı, dayanıqlı istehlak və istehlakçı davranışının sosial-iqtisadi determinantları daxildir.

O, bir sıra milli və beynəlxalq elmi layihələrdə iştirak etmiş, həmçinin dayanıqlı istehlak və əmək bazarı üzrə beynəlxalq jurnallarda çoxsaylı elmi məqalələrin müəllifidir.