Türkiyəli mütəxəssisin seminarı təşkil edilib
Qərbi Kaspi Universitetinin Keyfiyyətin Təminatı Mərkəzinin təşkilatçılığı ilə təhsildə keyfiyyətin təminatı üzrə türkiyəli mütəxəssis Professor Olgun Çiçəyin iştirakı ilə "Tələbənin akademik nəaliyyətlərinin diaqnostikası və qiymətləndirilməsi" mövzusunda növbəti seminar keçirilib.
Seminarda universitetin professor-müəllim heyəti və digər əməkdaşlarının iştirakı ilə mövzu ətrafında müzakirələr aparılıb.