Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • Ulu Öndər Heydər Əliyevin doğumunun 98-ci ildönümünə həsr olunmuş multidissplinar elmi konfransı

Ulu Öndər Heydər Əliyevin doğumunun 98-ci ildönümünə həsr olunmuş multidissplinar elmi konfransı

Qərbi Kaspi Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş ali məktəb tələbə və magistrantlarının XXVI multidissplinar Respublika elmi-praktik konfransı keçirilib.

Konfransın plenar iclasını giriş sözü ilə açan Qərbi Kaspi Universiteti Qəyyumlar Şurasının sədri, professor Hüseyn Bağırov Azərbaycanda milli ziyalılığın, orta və ali təhsilin 30 ildən artıq bir dövrdəki bütün inkişafının ümummilli lider Heydər Əliyevin adı və yorulmaz fəaliyyəti ilə bağlı olduğunu, məhz ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə elm və təhsil məsələlərinin dövlətin və cəmiyyət həyatının ön mövqeyinə çəkildiyini qeyd edərək bu gün bütün sahələrədə olduğu kimi təhsil sektorunda da qlobal trendlər qarşısında yeni çağırışların yarandığını bildirdi.

Daha sonra millət vəkili Ceyhun Məmmədov, Qərbi Kaspi Universitetinin əməkdaşları Adıgözəl Məmmədov, Elnara Qazı-zadə, Zahid Vəliyev və Tural Vəlizadə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən maraqlı fakt və tarixi məqamları konfrans iştirakçılarının diqqətinə çatdırdılar.

Ümumilikdə konfransda 4 elmi bölmədə müxtəlif elm sahələrini əhatə edən 200-dən çox elmi məruzə dinlənildi, bölmələrin yekununda diskussiyalar təşkil olundu, suallar cavablandırıldı.