Universitetimiz tələbələrin ali təhsil idarəçiliyində iştirakı ilə bağlı vebinara qatılıb
Qərbi Kaspi Universitetinin Strateji İnkişaf Mərkəzi və Əcnəbi tələbələr sektoru Tələbələrin ali təhsil idarəçiliyində iştirakının əhəmiyyəti ilə bağlı Qlobal Tələbə Forumu və Magna Charta Universiteti tərəfindən təşkil olunan vebinarda iştirak edib.
Vebinarda dünyanın müxtəlif ölkələrindən olan akademik liderlər və tələbə nümayəndələri ilə idarəçilikdə tələbələrin iştirakının təhsil keyfiyyətinə təsiri və ümumiyyətlə, təhsil mühitini necə yaxşılaşdırdığı məsələləri müzakirə edilib.