Universitetimizin müəllim və tələbələri elmi konfransda iştirak ediblər
Qərbi Kaspi Universitetinin Təbiət Elmləri Kafedrasının müəllimləri biologiya üzrə fəlsəfə doktoru Ayaz Məmmədov, biologiya üzrə fəlsəfə doktoru Sevinc Nuriyeva, Nərmin Mirzəməmmədli və biologiya ixtisasında təhsil alan tələbələrimiz “Kök hüceyrə” konfransında iştirak ediblər.
Konfransda Türkiyənin müxtəlif universitetlərinin tanınmış professor və mütəxəssisləri “Kök hüceyrə və biologiyası”, “Sonsuzluğun müalicəsində kök hüceyrə tətbiqi”, “Plastik rekonstruktiv və estetik cərrahiyyədə kök hüceyrə tətbiqi”, “Ortopediyada kök hüceyrənin tətbiqi”, “Beyin cərrahiyyəsində kök hüceyrənin tətbiqi” kimi mövzularda məruzələr ediblər. Sonda iştirakçılar sertifikatla təltif olunublar.