Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Qərbi Kaspi Universiteti nüfuzlu “Shanghai Ranking” reytinqində liderlər sırasında

Dünya ali təhsil müəssisələrinin elmi-tədqiqat, akademik fəaliyyət və beynəlxalq nüfuz göstəriciləri əsasında qiymətləndirildiyi “Shanghai Ranking” təşkilatı tərəfindən 2026-cı il üzrə Elm Sahələri üzrə Qlobal Reytinq (Global Ranking of Academic Subjects – GRAS) nəticələri açıqlanıb.
Açıqlanan nəticələrə əsasən, Qərbi Kaspi Universiteti Enerji və Mühəndislik elm sahələri üzrə böyük uğur əldə edərək dünya universitetləri arasında 301–400-cü yerlər aralığında qərarlaşıb.
Qeyd edək ki, Qərbi Kaspi Universiteti Azərbaycandan bu elm sahələri və istiqamət üzrə sözügedən reytinq siyahısına daxil ola bilən yeganə ali təhsil müəssisəsidir.
Bu nəticə universitetdə elmi-tədqiqat fəaliyyətinin inkişafı, mühəndislik və enerji sahəsində aparılan elmi işlərin keyfiyyəti, həmçinin beynəlxalq akademik mühitə inteqrasiya istiqamətində həyata keçirilən məqsədyönlü strategiyanın uğurlu bəhrəsidir. Əldə olunan nailiyyət Qərbi Kaspi Universitetinin tədqiqatyönümlü inkişaf kursunun və elmi potensialının qlobal miqyasda qəbul olunduğunun bariz göstəricisidir.

wcu