Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • Qərbi Kaspi Universitetinin magistrantları Bakı Ağır Cinayətlər Məhkəməsində olublar

Qərbi Kaspi Universitetinin magistrantları Bakı Ağır Cinayətlər Məhkəməsində olublar

Qərbi Kaspi Universitetinin Məhkəmə psixologiyası ixtisasının magistr tələbələri Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesində iştirak ediblər.

Səfər “Deviant davranışın psixologiyası” fənni çərçivəsində baş tutub. 

Hakimin müşayiəti ilə baş tutan səfər zamanı tələbələr məhkəmə iclasını izləyərək nəzəri biliklərini praktik təcrübə ilə möhkəmləndirmək imkanı əldə ediblər.

Magistrantlar məhkəmə prosesinin gedişi, iştirakçıların davranış xüsusiyyətləri və məhkəmə psixologiyasının praktiki aspektləri ilə yaxından tanış olublar.