Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Qərbi Kaspi Universiteti 60 aztəminatlı ailəyə yardım etdi

Qərbi Kaspi Universiteti ümummilli lider Heydər Əliyevin doğum günü ilə əlaqədar olaraq 60-dək aztəminatlı ailəyə yardım edib.

Universitetin Qəyyumlar Şurasının sədri, professor Hüseyn Bağırov Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib.

Universitetin Qəyyumlar Şurasının qərarı ilə dahi liderin ənənələrinə, humanizm, yardımsevərlik dəyərlərinə uyğun olaraq 60-dək aztəminatlı, ehtiyacı olan ailə müəyyən edilərək onlara yardım çatdırılıb.