Qərbi Kaspi Universiteti Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat köçürüb
Qərbi Kaspi Universiteti Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat məbləğində vəsait köçürüb.
Universitetin Qəyyumlar Şurasının qərarında ictimaiyyətə çağırış əksini tapır, qlobal təhdidə çevrilmiş koronavirusla mübarizədə Azərbaycan dövlətinin qətiyyətli addımlarının, təhlükəsizlik tədbirlərinin əhalinin sağlamlığının qorunmasına xidmət etdiyi qeyd edilir, tələbələrə tövsiyə olunur ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə, gigiyenik qaydalara ciddi şəkildə əməl etsinlər.
Xatırladaq ki, Qərbi Kaspi Universiteti tədris posesində yaranmış fasilə dövründə tədrisin onlayn rejimdə təşkilini həyata keçirir və tələbələri sosial izolyasiya şəraitinin tələblərinə uyğun davranması üçün təlimatlandırır.