Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • Qərbi Kaspi Universiteti Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat vəsait köçürüb

Qərbi Kaspi Universiteti Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat vəsait köçürüb

Qərbi Kaspi Universiteti Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat vəsait köçürüb. Bununla bağlı qərar Universitetin Qəyyumlar Şurasının dünən keçirilən toplantısında qəbul olunub. Toplantıda Fonda yardım üçün müəllimlərin ianə toplamaq müraciətinə də baxılıb və bildirilib ki, bu missiyanı universitet öz hesabına həyata keçirəcək.
Qəyyumlar Şurasının sədri, professor Hüseyn Bağırov bildirib ki, Azərbaycan Ordusunun erməni təcavüzünə cavab olaraq başladığı əks-həmlə əməliyyatları uğurla davam edir və hər bir azərbaycanlı cəbhədəki qələbələrin qürur hissini yaşayır: “Əminik ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında orumuzun başladığı əks-həmlə əməliyyatları torpaqlarımızın işğaldan azad olunması ilə sona çatacaq, beləliklə, ədalət – Azərbaycanın haqqı işi zəfər çalacaq”.