Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • Qərbi Kaspi Universitetində “Dağlar: Mədəniyyətlər, Landşaftlar və Biomüxtəliflik” adlı Beynəlxalq konfrans

Qərbi Kaspi Universitetində “Dağlar: Mədəniyyətlər, Landşaftlar və Biomüxtəliflik” adlı Beynəlxalq konfrans

10-12 may 2019-cu il tarixlərdə Qərbi Kaspi Universiteti növbəti tədbiri - “Dağlar: Mədəniyyətlər, Landşaftlar və Biomüxtəliflik” adlı Beynəlxalq konfrans təşkil edəcək. 

Dünyadakı bütün dağlıq ərazilərə sərhədsiz qaynaqların istismarı (ağır mədənçilik və sıx əkinçilik səbəbindən) və hazırda da inkişaf edən turizm sektoru öz təsirini göstərir. Bu inkişaf bioloji müxtəlifliyə və dağların populyasiyalarına təzyiq göstərir. Konfransın başlıca prioriteti bu məsələləri müzakirə etmək və dünya səviyyəsində ən qabarıq problemləri həll etmək üçün yeni və yaradıcı həll yollarını tapmaq məqsədilə alimlər, ekoloqlar, bioloqlar, turizm mütəxəssisləri və digər bu problemin həlli ilə maraqlanan mütəxəssisləri bir araya gətirməkdir.

Dağlar_konfrans materiali.pdf

Ətraflı məlumat