Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Esse müsabiqəsinin qalibləri mükafatlandırıldı

Qərbi Kaspi Universitetinin Filologiya və Tərcümə Məktəbinin İngilis dili və ədəbiyyatı kafedrasının bu ilin əvvəllərində elan etdiyi esse müsabiqəsi sona çatıb.

Qeyd edək ki, aşağıda adları qeyd olunan mövzularda 80-ə yaxın esse qəbul edilmişdi:
• İnsanı yaxşı edən nədir?
• Həyatda nə vacibdir?
• Sosial medianın gənc insanlara təsiri.
• İdmanın həyatda əhəmiyyəti.

Müsabiqəyə təqdim olunmuş ən yaxşı nümunələr seçilib və mükafatlandırılıb. 
Qaliblərə hədiyyə və sertifikatlar təqdim edilib.
Müsabiqədə qalib olan ilk üç yerin sahibləri: İsmayıl Fərəcli (157 nömrəli məktəb – 1-ci yer), Əlihadi Xaneqahi (189-190 nömrəli məktəb – 2-ci yer) və Vüsalə Əsədova (156 nömrəli məktəb – 3-cü yer).