Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

XIX Tələbə Elmi Konfransı

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti hal-hazırda daha uğurlu şəkildə davam etdirilir. Bu siyasətin düzgün həyata keçirilməsində ən əsas məsuliyyət isə təhsil müəssisələrinin üzərinə düşür. Hər il bir ənənəvi olaraq, Azərbaycan xalqı ulu öndər, görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əlirza oğlu Əliyevin anadan olmasını qeyd edir.

01 may 2014-cü il tarixində saat 11:00-da Qərb Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş XIX Tələbə Elmi Konfransı keçirilmişdir. Konfransda ulu öndərimizin həyat və fəaliyyətinə, müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi yolunda sarsılmaz dühasına aid məruzələr edildi. Konfrans 4 bölmədən ibarətdir: I bölmə "Siyasət və beynəlxalq münasibətlər", II bölmə "İqtisadiyyat, turizm, informasiya və kommunikasiya texnologiyaları, dizayn”, III bölmə "Filologiya, pedaqogika və psixologiya”, IV bölmə "Hüquq və tarix elmləri”.

Konfransda həm Qərb Universiteti, həm də ölkənin digər Universitetlərindən tələbə və magistrantlar məruzə ilə çıxış etdilər. Hər bölmə üzrə ən maraqlı və aktual mövzu ilə çıxış edən tələbələr birinci, ikinci və üçüncü yer olmaqla diplomlarla təltif olundular.