Xor kollektivi Heydər Əliyev Sarayında çıxış edib
Qərbi Kaspi Universitetinin tələbələri ali təhsil müəssisələrinin tələbələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan bədii yaradıcılıq müsabiqə-festivalının final mərhələsində uğurla iştirak ediblər.
Universiteti təmsil edən Xor kollektivinin çıxışı tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Səhnə mədəniyyəti, ahəngdar ifası, yüksək enerjisi ilə diqqət çəkib və uzun müddət alqışlarla müşayiət olunub.
Xor kollektivi önəmli tədbir və festivallarda fəal iştirakı ilə seçilir. Universiteti müxtəlif müsabiqələrdə uğurla təmsil edən kollektiv dəfələrlə yüksək nəticələr əldə edərək birinci yerlərə layiq görülüb.
Tədbir Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə layihəsi kimi həyata keçirilir.
Məqsəd gənclərə milli vətənpərvərlik ruhu aşılamaq, onları mədəniyyətimizə, incəsənətimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, bədii-estetik zövqlərinin formalaşmasına kömək göstərmək, incəsənətin müxtəlif növləri üzrə istedadlı gəncləri üzə çıxarmaq, eləcə də onların qabiliyyətlərinin inkişafına dəstək verməkdir.
Xatırladaq ki, 2024 və 2025-ci illərdə keçirilən sözügedən müsabiqədə Xor kollektivi 1- ci yerə layiq görülüb.