Ümumilli lider H.Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tələbə elmi-praktiki konfransı
5 may 2015-ci il tarixində Qərb Universitetində Ümumilli lider H.Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş XX ənənəvi Tələbə elmi-praktiki konfransı keçirilmişdir. Konfransda Qərb Universitetinin tələbələri ilə yanaşı Azərbaycan Dillər Universitetinin, Azərbaycan Dövlət Pedoqoji Universitetinin, Bakı Slavyan Universitetinin və AMEA-nın Tarix İnustutunun tələbələri də iştirak etmişlər.Konfransın plenar iclasında iştirak edən Universitetin professor- müəllim heyəti tələbələrə çox dəyərli məsləhətlər vermiş, onları daima yenilik axtarışında olmağa, yeni-yeni nəaliyyətlər qazanmağa ruhlandırmışlar. Konfrans kiçik çay fasiləsindən sonra bölmələrdə öz işini davam etdirmişdir.
Sonda fəal tələbələrə sertifikatlar təqdim olunmuşdur.




