Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • “Zərərli adət və vərdişlərin psixofiziologiyası” mövzusunda praktiki məşğələ keçirilib

“Zərərli adət və vərdişlərin psixofiziologiyası” mövzusunda praktiki məşğələ keçirilib

Qərbi Kaspi Universitetinin Psixologiya Məktəbinin tələbələri üçün “Zərərli adət və vərdişlərin psixofiziologiyası” mövzusunda Respublika Narkoloji Mərkəzində praktiki məşğələ keçirilib.

Məşğələ Psixofiziologiya fənni çərçivəsində baş tutub.

Klinik psixoloq İlahə Novruzova tələbələrə zərərli vərdişlərin yaranma səbəbləri və onların psixoloji-fizioloji təsirləri barədə məlumat verib, psixokorreksiya və terapiya yanaşmalarını izah edib.

Narkoloq Turan Əhmədov və həkim-narkoloq Rövşən Kərimli isə müalicə prosesi, mərkəzin strukturu və tətbiq olunan metodlar barədə tələbləri bilgiləndirib.

Görüş tələbələrin böyük marağı ilə keçib, sonda sual-cavab sessiyası təşkil olunaraq mütəxəssislər tərəfindən bütün suallar cavablandırılıb.