Qərbi Kaspi Universiteti

Laboratoriya

Deeptech Süni İntellekt Tədqiqat və Hesablama Laboratoriyası

Deeptech Süni İntellekt Tədqiqat və Hesablama Laboratoriyası müasir elmi araşdırmalar, innovativ sənaye tətbiqləri və yüksək performanslı hesablama işləri üçün yaradılmış qabaqcıl tədqiqat mərkəzidir. Güclü GPU klasteri, geniş yaddaş resursları və yüksək sürətli şəbəkə infrastrukturu süni intellekt və məlumat elmi sahələrində kompleks layihələrin effektiv şəkildə icrasına şərait yaradır.

Laboratoriyanın imkanları süni intellekt modellərinin treninqi, böyük həcmli datasetlərin paralel emalı, generativ AI sistemlərinin test və optimallaşdırılması, çoxmodallı model sınaqları və yüksək dəqiqlikli inferensiya proseslərini sürətləndirməyə imkan verir. Burada həm fundamental, həm də tətbiqi tədqiqatlar aparmaq mümkündür.

Əsas Tədqiqat Sahələri

1. Süni İntellekt və Maşın Öyrənməsi

  • Dərin öyrənmə modelləri
  • Generativ AI (LLM-lər, Diffusion modelləri)
  • Kompüter görməsi və obyekt tanıma
  • NLP və nitqin emalı
  • Optimallaşdırma və tövsiyə sistemləri

2. Məlumat Elmi və Böyük Verilənlər

  • Big Data analitikası
  • Paralel və paylanmış hesablama
  • IoT və sensor məlumatlarının emalı
  • Real-time analitika

3. Media, Dizayn və Rəqəmsal Yaradıcılıq

  • 3D modelləşdirmə və vizuallaşdırma
  • Render və animasiya
  • VR/AR tətbiqləri
  • Post-prodakşn texnologiyaları

4. GIS və Uzaqdan Zondlama

  • Peyk təsvirlərinin emalı
  • Xəritə mozaikalarının yaradılması
  • Land-cover modelləşdirilməsi
  • Ekosistem və landşaft analitikası
  • Aqrar və ekoloji informasiya modelləri

5. Kiber-Təhlükəsizlik

  • Rəqəmsal forensika
  • Fuzzing və zəifliklərin aşkarlanması
  • Hücum–müdafiə simulyasiyaları
  • Şəbəkə təhlükəsizliyi və anomaliya aşkarlama

6. Hesablama Biologiyası və Bioinformatika

  • Genetik məlumat analizi
  • Zülal modelləşdirilməsi
  • Ekoloji məlumatların AI ilə təhlili

Deeptech Laboratoriyası tələbələrə, tədqiqatçılara və sənaye tərəfdaşlarına yüksək texnoloji infrastrukturdan istifadə edərək yeni nəsil elmi, texnoloji və innovativ layihələr həyata keçirmək üçün geniş imkanlar təqdim edir.

Qalereya