Diplomatik Film Günü

Siyasi Analiz və Diplomatik Simulyasiya Laboratoriyası tələbələri Diplomatik Film Gününə dəvət edir.
Film: Kralın Nitqi (2010)
* Mövzu: Kral VI Corcun İkinci Dünya Müharibəsi ərəfəsində xalqa müraciət etməyə hazırlaşarkən nitq qüsurunu aradan qaldırmaq üçün göstərdiyi səylər.
* Niyə izləmək lazımdır: Film böhran dövründə ictimai diplomatiyanın, liderlik xarizmasının və effektiv kommunikasiya bacarıqlarının əhəmiyyətini vurğulayır.
Tarix: 12 mart
Saat: 13:35
Məkan: Siyasi Analiz və Diplomatik Simulyasiya Laboratoriyası
Yerlər məhduddur. İştirak etmək istəyən tələbələr aşağıdakı qeydiyyat formasını doldurmalıdırlar.
Film müzakirəsindən sonra siz:
* Fulbright ETA (English Teaching Assistant) Daniella Marx ilə praktiki fəaliyyətlər vasitəsilə ingilis dilində danışıq bacarıqlarınızı inkişaf etdirəcəksiniz.
* Universitet müəllimləri ilə birlikdə diplomatik situasiyaları analiz və qiymətləndirmə bacarıqlarınızı inkişaf etdirəcəksiniz.
Qeydiyyat üçün:
https://docs.google.com/forms/d/e/1FAIpQLScguhBq2xBH0CKOzEhwlqijlTz0oxgSSKo45DAEQCvvsHstcA/formResponse