Qərbi Kaspi Universiteti

Bakalavr

Qəbul qaydaları & Təqaüd

Qəbul qaydaları

Orta məktəb, litsey, gimnaziya və ya peşə kolleci məzunları Dövlət İmtahan Mərkəzinin "Abituriyent” jurnalının hər il may ayında dərc olunan sayında Qərb Universitetinin adları qeyd olunmuş ixtisaslarından birinə qəbul üçün müraciət edə bilərlər.

Qərb Universitetinə tələbə qəbulu ümumrespublika test qəbul imtahanlarının nəticələrinə görə Dövlət İmtahan Mərkəzinin əmri ilə həyata keçirilir. Qəbul qaydaları "Abituriyent” jurnalının illik may buraxılışında və ya DİM-nın rəsmi internet səhifəsində www.dim.gov.az dərc olunur.

Qərb universitetinə qəbul olunduqdan sonram ingilis dili səviyyəsi aşağı olan tələbələr üçün ingilis dili kursları təşkil olunur.

 

Təqaüd

Yüksək bal toplayan tələbələr üçün nəzərdə tutulan təqaüdlər:

1) 450-500 arası bal toplayan tələbələr - 50 manat

2) 501-550 arası bal toplayanlar - 80 manat

3) 551-600 arası bal toplayanlar - 100 manat

4) 601-650 arası bal toplayanlar - 150 manat

5) 651-700 arası bal toplayanlar - 200 manat

Təqaüdlər hər semestrin sonunda imtahan nəticələri əsasında Universitetin daxili təqaüd proqramı üzrə yenidən hesablanır. Bu, eyni zamanda dövlət sifarişi ilə təhsil alan lakin orta müvəffəqiyyət göstəricilərinə görə təqaüdə düşməyən tələbələrə də tətbiq olunur.