Qərbi Kaspi Universiteti

Universitet

Fariz İsmayılzadə

Hal-hazırda ADA Universitetinin İcraçı prorektoru vəzifəsində çalışır.

Fariz İsmayılzadə Qərb Universitetinin 2000-ci il "Politologiya" ixtisası üzrə məzunudur. 2015-ci ildə İspaniyanın IE Biznes Məktəbini Ekzekyutiv MBA ixtisasi üzrə bitirmişdir. Hal-hazırda Niderlandın Maastrixt Menecment Məktəbində doktorantura üzrə təhsil alır.

O, 2016-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının üzvü təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 9 iyul 2019-cu il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında səmərəli fəaliyyətinə görə, Farizİsmayılzadə “Tərəqqi” medalı ilə, həmçinin 2019-cu ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illik yubiley medalı ilə təltif olunmuşdur.