Qərbi Kaspi Universiteti

Akademik

İmtahan və Keyfiyyətə Nəzarət Mərkəzi

İmtahan və Keyfiyyətə Nəzarət Mərkəzi Qərbi Kaspi Universitetində tədrisin keyfiyyətinin yüksəldilməsi, imtahanların təşkili, keçirilməsi, idarə edilməsi, imtahanlara və keyfiyyətə nəzarət, qiymətləndirmə və keyfiyyətə təminat sahəsində bir sıra  funksiyaları həyata keçirir. Bura tədrisin keyfiyyətinin yüksəldilməsi üzrə inkişaf konsepsiyalarının formalaşdırılması, onların həyata keçirilməsinə dair təkliflərin hazırlanması və onların  icrası prosesində iştirak, mərkəzin fəaliyyətinin və strukturunun təkmilləşdirilməsinə yönəlmiş təkliflərin verilməsi və bu təkliflərin  yerinə yetirilməsi, imtahan və kollokviumların keçirilməsi ilə bağlı xüsusi halların araşdırıl­ması üçün müvəqqəti komissiyaların yaradılması, təhsil prosesində kəmiyyət və keyfiyyət göstəricilərinin yoxlanılması, fəaliyyət istiqamətləri üzrə yerli və beynəlxalq təcrübənin öyrənilməsi və müvafiq şəkildə tətbiqi, Universitet üzrə payız və yaz semestrlərində, həmçinin aralıq imtahanlarının düzgün təşkil edilməsi və nəzarətin həyata keçirilməsi, İmtahan nəticələrinin təhlil edilməsi və çatışmazlıqların aradan qaldırılması ilə əlaqədar təkliflərin hazırlanması, tələbələr ilə tədris prosesinin keyfiyyəti, universitetdə yaradılan şərait, təhsil verənlərin bilik və bacarıq səviyyəsi  haqqında sorğuların keçirilməsi və s. funksiyalar daxildir.

Mərkəz həmçinin, professor-müəllim heyətinin müxtəlif treninqlərdə iştirak etməsini və keçirilən treninqlərin nəticə etibarilə müəllimlərin tədris prosesində uğurlu şəkildə əks olunması prosesini təmin edir.

Bundan başqa tədrisin keyfiyyətinin yüksəldilməsi, müəllim-tələbə münasibətlərinin inkişaf etdirilməsi üçün Mərkəz, müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək, təcrübə və kadr hazırlığı mübadiləsi aparır və bir sıra  layihələrin həyata keçirilməsində yaxından iştirak edir. Avropa təhsil standartlarına inteqrasiya şəraitində universitetin fəaliyyət istiqamətlərinə uyğun digər dövlətlərin qabaqcıl təcrübəsini öyrənmək, onun tətbiqi sahəsində fəaliyyəti həyata keçirmək və bu istiqamətdə universitet rəhbərliyinə təkliflər vermək mərkəz qarşısında duran əsas məqsədlərdəndir.