Qərbi Kaspi Universiteti

Labaratoriya

Mexanika və robototexnika mühəndisliyi laboratoriyası

“Mexanika və riyaziyyat” kafedrasının nəzdində olan “Mexanika və robototexnika mühəndisliyi” laboratoriyası aşağıdakı məqsədlə istifadə olunur.

Tələbələr “Materialşünaşlıq”, “Metrologiya, standartlaşdırma və sertifikasiya”, “Keyfiyyətə nəzarət və metrologiya”, “Elektrotexnikanın əsasları” eləcə də digər texniki fənləri praktik olaraq daha dərindən mənimsəmələri üçün bu laboratoriyada çalışa bilərlər.

Şəkildə təsvir olunan laboratoriyanın ümumi görünüşüdür. Burada tələbələr rahatlıqla praktik işlərlə məşğul ola bilirlər.

3-D çap əlavə istehsal deməkdir. CAD modelindən və ya rəqəmsal 3D modelindən üçölçülü obyektin qurulması üçün istifadə edilir.

Rəflərdə tələbələr tərəfindən 3-D çap qurğusunda hazırlanmış məhsullar yer alıb.

İnsanın yaratdığı çoxçeşidli məhsullar içərisində maşınlar xüsusi yer tutur. Həyatımızda və fəaliyyətimizdə elə sahə yoxdur ki, orada maşın və ya avadanlıqlardan az və ya çox miqdarda istifadə olunmasın. Sənayenin ayrı-ayrı sahələrində tətbiq edilən maşın və avadanlıqlar olduqca müxtəlifdir. Bu baxımdan laboratoriyamız mini masaüstü dəzgahlarla təmin olunmuşdur.

“Materialşünaşlıq”, “Metrologiya, standartlaşdırma və sertifikasiya”, “Keyfiyyətə nəzarət və metrologiya” kimi fənlərin bəzi praktik işləri bu avadanlıqlar vasitəsilə yerinə yetrilir.

Masaüstü drelin köməyi ilə tələbələr müəyyən ölçülü detalların üzərində kiçik deşiklər açır, açılmış yuvaların ölçülərini təyin edib, yol verdikləri xətaları laboratorinanın nəzdində olan Ştangel pərgarının köməyi ilə hesablaya bilirlər. Ştangel pərgarı daxili və xarici məsafələri dəqiq şəkildə ölçmək üçün istifadə olunan dəqiq alətdir. Demək olar ki, laboratoriya belə dəqiq ölçü alətləri ilə tam təmin olunub. Bu ölçü avadanlıqları eyni zamanda elektron göstəriciləri ilə də təmin olunub.

Dəzgah verilmiş hər hansı bir pəstahı alətlə emal etmək qabiliyyətinə malik olan maşınlara deyilir. Praktikada dəzgahlar materialları kəsmək, soyuq halda emal etmək və ya birləşdirmək üçün tətbiq edilir. Dəzgahların növündən asılı olaraq onlar müxtəlif konstruksiyalara malik olurlar. Şəkillərdə təsvir olunan masaüstü dəzgah nümunələri ilə müxtəlif yonma və itiləmə və başqa əməliyyatları yerinə yetirmək mümkündür.

Torna qədim qurğudur. İlk dəfə Qədim Misirdə istifadə olunan bir avadanlıq kimi vasitə olub. Torna dəzgahları - hamarlama, mişarlama, qazma, yonma kimi müxtəlif əməliyyatlar aparmaq üçün iş parçası dönmə oxu ətrafında döndərək işləyən bir simmetrik obyektdir. Tornalar ağacın yonulması, metal işləmə, metal iplik, termik püskürtmə, qismən parçaların kəsilməsi və şüşə işləmində istifadə olunur.

Tələbələr bu torna dəzgahında bəzi yonma, hamarlama kimi işlərlə məşğul ola bilərlər.