Nazənin Cavadova
Qərbi Kaspi Universitetinin Tərcümə ixtisasını bitirib (2016). N.Cavadova “Talent Port”nin Təsisçisi və Baş İcraçı Direktorudur. 2012 –ci ildən etibarən o, öz karyerasına tədbir və əlaqələr meneceri vəzifəsi ilə başlamışdır və bu günə kimi yüksək səviyyəli biznes tədbirlərini təşkil edir. Qərbi Kaspi Universitetini fəxri məzun kimi bitirdikdən sonra o, ISESCO, Azərbaycan Milli Məclisi, Google, "Bakı 2017" İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi,Formula 1, Avropa İttifaqının East İnvest 2 layihəsi və bir çox digər təşkilatların və şirkətlərin müxtəlif layihələrində icra vəzifələrində çalışmışdır. Azərbaycan dilindən əlavə o, Rus, İngilis və Türk dillərini mükəmməl səviyyədə bilir. Bundan əlavə, Gənclər Təşkilatları Milli Şurası tərəfindən Gənclər və İdman Nazirliyinin dəstəyi və Xarici İşlər Nazirliyinin tərəfdaşlığı ilə keçirilən proqramda Azərbaycan Respublikasının “Gənc Elçisi”dir. Nazənin Cavadova 2018-ci ilin fevral ayında Global Startup Weekend Women Baku-nun qaliblərindən biri olub. O, bu uğuru ilə martın 7-də Parisdə keçiriləcək "Global Startup Weekend Women" yarışının beynəlxalq finalına qatılmaq hüququ əldə edib.